Ötən gün 5 nəfər yol qəzasında ölüb

Ötən gün 5 nəfər yol qəzasında ölüb

Azərbaycanın daxili işlər orqanlarında ötən gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların 20-si "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, ötən gün əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölkənin avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölmüş, 12 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
 
Aktual.az-
Xəbər 258 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR