Ötən ay ən çox sürüşmə bu ərazidə qeydə alınıb

Ötən ay ən çox sürüşmə bu ərazidə qeydə alınıb

"Bu ilin noyabr ayı ərzində sürüşmələr ən çox ölkənin cənub bölgəsində qeydə alınıb”.

Aktual.az  Report-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib ki, cənub bölgələrində həm mövcud sürüşmələrdə aktivlik olub, həm də yeni sürüşmə ocaqları meydana gəlib: "Sürüşmələrin aktivləşməsinə qeyd olunan ərazilərdə intensiv yağış yağması səbəb olub”.

Ötən ay eyni zamanda Bakı-Şamaxı avtomobil yolunun 104-106-cı km-də, Bakı-Ağsu avtomobil yolunun 132-156-cı km-də lokal sahələrdə çökmə və sürüşmə prosesləri baş verib:

"Şamaxının Birinci Cabani və ikinci Cabani kəndlərinini kənd arası yollarında sürüşmə baş verib. Sürüşmə hazırda da aktivdir. Yenidən ərazidə çökmə, sürüşmə olsa müəyyən evlərə təhlükə yarana bilər. Həmçinin Şamaxı rayonunu Mədrəsə kəndində 20 hektardan çox ərazidə sürüşmə qeydə alınıb. Orada kənd təsərrüfatı yararsız vəziyyətə düşüb”.

Rəis qeyd edib ki, noyabr ayında Lənkəran-Lerik yolunun ayrı-ayrı hissələrində olan mövcud sürüşmə sahələri də aktivləşib: "Aktivləşməyə səbəb yağıntının normadan artıq düşməsidir”.

Abşeron yarımadasındakı vəziyyətdən danışan S.Əmiraslanov bildirib ki, noyabr ayında Binəqədi rayonu ərazisində, Şuşa şəhərciyində, Maştağa qəsəbəsinin Savalan yaşayış massivi, Sabunçu körpülərinin altında subasmalar qeydə alınıb: "Bu da qurunt sularının səviyyəsinin yuxarı qalxması, kanalizasiya sistemlərinin tam işləməməsi ilə bağlıdır”.

Onun sözlərinə görə, son bir həftə ərzində Xızı-Altıağac avtomobil yolunun 11-ci km-dən başlayaraq Xızı rayonunun Altıağac qəsəbəsinin girişinədək yeni çəkilmiş asfalt yolu boyu, bəzi yerlərdə 200, bəzi yerlərdə isə 700 m qədər ərazidə çatlar, çökmələr, sürüşmələr baş verib və həmin proses hələ də davam edir. 
 
Aktual.az  
Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR