Təkər partladı: şirkət əməkdaşı qolunu itirdi

Təkər partladı: şirkət əməkdaşı qolunu itirdi

İmişlidə karxanada maşının təkəri partlayıb, şirkət əməkdaşı sol qolunu itirib.
Bu barədə Aktual.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 12-si saat 17 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən Türkaz MMC-yə məxsus qum-çınqıl karxanasında təmirçi işləyən 1990-cı il təvəllüdlü İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbər 228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR