“Təbriz” MTK 20 min manat cərimələnib

“Təbriz” MTK 20 min manat cərimələnib

Dövlət Əmək Müfəttişliyi Xidməti "Təbriz” MTK barədə inzibati protokol tərtib edib.

Aktual.az "Report”a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək, 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.
Qeyd edək ki, Nərimanov rayonu ərazisində yerləşən çpxmrtəbəli yaşayış binalarının tikintisini həyata keçirən "Təbriz” MTK-nın "Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus olduğu bildirilir.
Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR