TƏBİB sədri vətəndaşlara xəbərdarlıq edib

TƏBİB sədri vətəndaşlara xəbərdarlıq edib

"Azərbaycanda həftənin əvvəlindən bu günə qədər 461 nəfər koronavirusa yoluxub”.

Aktual.az xəbər verir ki, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu həftə 230 nəfər sağalıb, 4 nəfər ölüb. 
TƏBİB sədri bildirib ki, hazırda ölkədə ikinci dalğa yaşanır: "Bu prosesin hansı formada davam edəcəyi sosial məsuliyyətdən, vətəndaşların davranışından asılıdır".
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR