Tanınmış jurnalist infarkt keçirdi - Ürəyinə stend qoyuldu

Tanınmış jurnalist infarkt keçirdi - Ürəyinə stend qoyuldu

İnfarkt keçirərək Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən tanınmış jurnalist Azər Hüseynbalanın ürək damarına stend qoyulub.
 
Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Azər Hüseynbala anjio olunub, ürək damarlarından birinə stend taxılıb.
Hazırda onun vəziyyəti normal qiymətləndirilir. 
 
***
Tanınmış jurnalist Azər Hüseynbala infarkt keçirib.

 
Bu barədə APA-ya jurnalistin oğlu Turqut məlumat verib. Onun sözlərinə görə, A. Hüseynbala ötən gün ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
 
Jurnalist bu gün əməliyyat olunacaq. 
 
Aktual.az
Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR