Sürücülər yol polisini telefona çəkə bilər - Hüquqlarınızı bilin VİDEO

Sürücülər yol polisini telefona çəkə bilər  - Hüquqlarınızı bilin VİDEO

Sürücünün çəkiliş aparması yol polisi əməkdaşını narahat edir

Sürücü yol hərəkəti qaydalarını pozmayıbsa polisin onu sadəcə yoxlamaq məqsədi ilə saxlamaq hüququ yoxdur. Nəqliyyat vasitələrinin sənədlərinin sadəcə yoxlanmaq məqsədi ilə saxlanması yalnız stasionar postlarda mümkündür. Bu sözləri Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyir. Həmçinin sürücülərin nəqliyyat vasitəsində yol polisinin davranışını çəkmək hüququnun da olduğunu vurğulayan Kamran Əliyev bildirib ki, hər hansı qanun pozuntuları ilə bağlı müraciət edilərsə həmin video görüntüləri sübut kimi də istifadə edilə bilər.

Avtosfer.az yol polisi əməkdaşı ilə sürücü arasında maraqlı dialoqu əks etdirən və sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edir:

Xəbər 4079 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR