Suriyada aviazərbələr nəticəsində 28 nəfər həlak olub

Suriyada aviazərbələr nəticəsində 28 nəfər həlak olub

Suriya hökuməti İŞİD-çilərin nəzarətində olan əl-Bab şəhərinə aviazərbələr endirib. Nəticədə azı 28 nəfər ölüb.

Aktual.az Publika.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada yerləşən Suriya insan haqları təşkilatı ölənlərdən 19 nəfərin mülki vətəndaş olduğunu bildirib. Onların arasında uşaq və qadınlar da var. Onlarla şəhər sakini yaralanıb.

Şahidlərin sözlərinə görə, hərbi helikopterlər evlərə və küçələrə partlayıcı qurğu olan metal çəllək və konteynerlər atıblar.
Hökumət İŞİD nəzarətində olan bu şəhəri tez-tez aviazərbə endirir və ya silahlı hücumlar edir.
Mayda bu şəhərdə aviareydlər və atışmalar nəticəsində 50-dən artıq insan ölüb.

Xəbər 522 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR