Sumqaytda piyadanın ölümünə səbəb olan sürücünün cəzası azaldılıb

Sumqaytda piyadanın ölümünə səbəb olan sürücünün cəzası azaldılıb

Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Ramin Cavadovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrlik etdiyi iclasda Sumqayıt Şəhər Məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilib. Qərara əsasən, R.Cavadova təyin edilən 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilib. Qərarda qeyd edilib ki, Cavadov Ramin Qəhrəman oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin.
Qeyd edək ki, hadisə bu il fevral ayının 1-də Quba-Bakı yolunun 38-ci km-də baş verib. R.Cavadov Quba istiqamətində hərəkətdə olarkən idarə etdiyi "VAZ-21102”markalıavtomobillə yoldan keçən piyada Pərviz Musazadəni vuraraq zərərçəkmişin ölümünə səbəb olub. O, Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.
Sumqatyıt Şəhər Məhkəməsinin 13.06.2019-cu il tarixli hökmü ilə o, 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.
Xəbər 198 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR