Sumqayıtda evdən 3500 manat dəyərində qızıl oğurlandı

Sumqayıtda evdən 3500 manat dəyərində qızıl oğurlandı

Sumqayıtın Ceyranbatan bağlarında fərdi yaşayış evindən oğurluq olub.


"Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Ceyranbatan bağları, 1 saylı asvaltzavod ərazisində yerləşən evlərdən birində baş verib.

Evin sahibi Sahibə Zeynalova bildirib ki, hadisə onların evdə olmadığı gün olub: "Mənzilə daxil olan oğrular oradan ümumi dəyəri, təxminən, 3500 manat olan qızıl-zinət əşyalarını oğurlayıblar".

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR