Sumqayıtda 15 il əvvəl törədilmiş qətlin üstü açıldı

Sumqayıtda 15 il əvvəl törədilmiş qətlin üstü açıldı

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalan daha bir qəsdən adamöldürmə cinayətinin üstü açılıb.
Bu barədə Aktual.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 2008-ci ilin oktyabr ayının 28-də Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Tünzalə Kərimovanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə Sumqayıt Şəhər Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq hərəkətləri ilə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1978-ci il təvəllüdlü Ərəstun Zülfüqarov tutularaq istintaqa təhvil verilib.
Saxlanılarkən ondan bir ədəd səsboğuculu "Baykal” markalı tapança, həmin silaha aid 176 ədəd patron və bir büküm heroin aşkar olunaraq götürülüb.
Cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
 

 
 
 
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR