Sosial evlərin qiyməti nə qədər olacaq?

Sosial evlərin qiyməti nə qədər olacaq?

"Sosial evlərin qiyməti bazar qiymətindən təxminən 20-25% aşağı olacaq”

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.

Onun sözlərinə görə, mənzilin yekun qiyməti tikinti işlərinin başa çatmasından sonra məlum olacaq:
"Lakin istisna olunmur ki, sosial mənzillərin qiyməti gözlənildiyindən daha ucuz olacaq. Sosial mənzillərin təqdim olunması zamanı ilk növbədə gənc ailələrə üstünlük veriləcək. Amma bu mənzilləri güzəştli kateqoriyaya daxil olan bütün şəxslər də ala bilər".

Qeyd edək ki, hazırda sosial mənzillərin tikintisi Bakının Yasamal və Suraxanı raynlarında davam etdirilir.
 

Aktual.az

Xəbər 950 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR