SOCAR Türkiyədə lisenziya aldı

SOCAR Türkiyədə lisenziya aldı

Aktual.az Anspress-ə istinadən xəbər verir ki, Türkiyə mətbuatında verilən məlumata görə, Enerji Bazarının Tənzimləmə Xidməti (EPDK) 13 şirkətə lisenziya verib. 11 şirkətin isə lisenziyası ləğv edilib.

Lisenziya alanlar arasında "SOCAR Turkey LNG Satış Anonim Şirkəti" də var. Şirkət sıxılmış təbii qaz (CNG) satışına dair lisenziya alıb.

SOCAR-dan fərqli olaraq "Ataerk Akaryakıt Çimento İnşaat Sanayi" və "Ticaret Limited"in bu sahədə daha öncə verilən lisenziyası alınıb.

Bu barədə qərar rəsmi qəzetdə yer alıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) - dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir.

Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR