SOCAR-ın yeni binası nə vaxt açılacaq?

SOCAR-ın yeni binası nə vaxt açılacaq?

“Pulumuz çatmır”.

Binada hazırlıq işləri, kompüter işləri görülməlidir. Pulumuz çatmır ki, bu işləri qurtaraq. İnanın ki, biz hər bir manatı sayırıq ki, artıq xərclərə yol verməyək.
Aktual.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev gənclərlə görüşündə rəhbəri olduğu şirkətin nə zaman yeni inzibati binaya köçəcəyi barədə sualı cavablandırarkən bildirib.

Şirkət rəhbərinin sözlərinə görə, əvvəllər binaya dekabrda - Yeni il ərəfəsində köçmək planlaşdırılırdı.

“Lakin sonra da bu vaxtı bir qədər irəli artdıq, Novruz bayramı ərəfəsində köçmək istəyirdik, amma indi görürəm ki, bu, Novruzda da mümkün olmayacaq”, - deyə, şirkət rəhbəri bildirib.

Rövnəq Abdullayev həmçinin qeyd edib ki, artıq SOCAR-ın yeni binaya köçəcək bölmələri məlumdur.

Onların arasında SOCAR-ın Ekologiya İdarəsi də olacaq.

Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR