Ermənistan rəhbərliyi, baş nazirin özü Praqada müvafiq sənədi imzalayaraq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıdı və həmin andan etibarən bizim bu məsələ ilə bağlı mövqeyimiz ikili xarakter aldı.
Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Biz Azərbaycanın daxili işlərinə müdaxilə edə bilərikmi və ya etməliyikmi? Bütün Qərb ölkələri də Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırdı. Ermənistan tərəfi bölgədə yaşayan erməni əhalinin hüquq və maraqlarının təmin olunacağına ümid edirdi. Prezident Əliyev həmin insanlara qarşı heç bir pis iş görməzdi. O, müasir, ziyalı insandır və onların maraqlarını 100 faiz təmin etməyə çalışardı. Lakin onlar yenə də orada qalmazdılar. Belə də oldu”, - Putin bildirib.
Ermənistanın KTMT ilə münasibətlərinə toxunan Rusiya Putin qeyd edib ki, Paşinyan KTMT-dən sərhədin müəyyən hissələrinin müdafiəsini gözləyirdi:
"Lakin KTMT üzvü olan ölkələr Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhəd razılaşmasının olmamasını qeyd ediblər. Azərbaycan hesab edir ki, sərhəd bir hissədən, Ermənistan isə digər hissədən keçir. Razılaşma haradadır? Heç nə yoxdur. Bəs bu münasibətləri necə qurmalıyıq? Həqiqətən də ekspert qiymətləndirməsi tələb edən bir çox məsələ var".
Xəbər 49 dəfə oxunub.