"Sizə etimadımız hər zaman davam edəcək!"



Millət vəkili Q. Paşayeva ön cəbhəyə yaxın Vahidli kəndində seçicilərlə görüşüb. Sakinlər sizə etimad və dəstəyimiz hər zaman davam edəcək deyiblər.

Millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kompaniyası çərçivəsində Tovuzun Ermənistanla ön cəbhəyə yaxın ərazilərində, Vahidli kəndində seçicilərlə görüşüb. Görüşdə çıxış edən millət vəkili Qənirə Paşayeva müstəqilliyimizin bərpasının ilk illərində Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücumlarının qarşısının alınmasında Vahidli kəndinin, onun qorxmaz və cəsarətli insanlarının böyük rolu olduğunu vurğulayıb.. Qənirə Paşayeva bir millət vəkili kimi 10 illik fəaliyyəti dövründə Vahidliyə daim böyük diqqət yetirdiyini vurğulayıb. Millət vəkili ildə ən azı 6-7 dəfə Vahidli kəndini ziyarət etdiyini, seçicilərin qayğı və təkliflərini dinlədiyini və onların həlli istiqamətində Milli Məclisdə çıxışlar etdiyini və Hökumət üzvləri ilə müzakirələr apardığını deyərək fəaliyyətində hər zaman ön cəbhə və ona yaxın kəndlərin özəl yer tutduğunu vurğulayıb. Millət vəkili Q. Paşayeva görülən işlərdən geniş danışmaqla yanaşı həllini gözləyən problemlərdən və onların həlli istiqamətində müvafiq nazirliklərlə müzakirələrinin nəticələri barədə də geniş məlumat verib. Millət vəkili Qənirə Paşayeva Vahidli sakinlərinin köhnə elektrik naqilləri və transformatorların dəyişilməsi ilə bağlı müraciətini “Azərişıq” ASC rəsmiləri danışdığını və onların yaxın günlərdə bu məsələyə böyük önəm veriləcəyinə dair söz verdiyini deyib. O, eyni zamanda "Azəriqaz" İB-nin rəhbəri Əkbər Hacıyevlə kəndə təbii qazın verilməsində problemlərin yaranmaması üçün müzakirələr apardığını da deyib. Görüş zamanı su təchizatı, məktəb, tibb məntəqəsi və bağça ilə bağlı müəyyən problemlər ətrafında da müzakirələr aparılıb və millət vəkili onların həlli istiqamətində müvafiq qurumlara təkrar müraciətlər edib. Bir sıra sakinlər kəndin adının öz tarixi adı ilə dəyişdirilməsi təklifi ilə də çıxış ediblər və Qənirə Paşayeva ilə bu məsələ ətrafında da geniş müzakirə aparıblar. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərlə yanaşı seçki platformasından da danışıb, sualları cavablandırıb. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin Vahidlidə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Qənirə Paşayeva bir sıra şəhid ailələri və müharibə əlil və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə kənddə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. Sakinlər özəlliklə şyerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar. Millət vəkili kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib. Kənd sakinləri millət vəkili Qənirə Paşayevanın 10 illik millət vəkili fəaliyyəti dövründə onların Milli Məclisdə səsi olduğunu və hər zaman Vahidli sakinləri ilə bağlı məsələlərə böyük həssaslıq və qayğı ilə yanaşdığını deyərək “Siz Milli Məclisdə və getdiyiniz hər bir ölkədə bizim səsimiz oldunuz və etimadımızı doğrultdunuz hər zaman. Hər zaman bizim yanımızda oldunuz. Biz də səsimizlə sizin yanınızdayıq və inanırıq ki, bundan sonra da hər zaman bizim səsimiz olacaq və bizi layiqli şəkildə təmsil etməyə davam edəcəksiniz” fikirləri ilə Qənirə Paşayevaya xeyir-dua verib, uğurlar diləyiblər. Millət vəkili bütün Vahidli sakinlərinə dərin təşəkkürünü bildirib və bu etimadınızı doğrultmaq üçün yorulmadan çalışacam deyib.

Xəbər 515 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR