Sizdə heç əxlaq anlayışı qalmayıb? - Tramp

Sizdə heç əxlaq anlayışı qalmayıb? - Tramp

Hələ də "Nyu York Tayms” kimi uğursuz nəşri oxuyan insanlar üçün deyirəm: İran hərbi və digər sahələrdə tamamilə məhv edildiyi halda, sanki İran qalib gəlirmiş və ya ən azı kifayət qədər yaxşı vəziyyətdəymiş kimi təqdim olunur.
Aktual.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social” səhifəsində yazıb.
"Bu, doğru deyil və "Nyu York Tayms” bunun saxta xəbər olduğunu bilir!
Bu korrupsiyalaşmış media qurumu nə vaxt mənə, tərəfdarlarıma və ümumilikdə ölkəmizə qarşı yaydığı yalanlara və dəhşətli davranışlarına görə üzr istəyəcək? Onlarda heç utanmaq hissi yoxdur?! Heç elementar əxlaq anlayışı qalmayıb?!” - Tramp qeyd edib.
Xəbər 72 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR