"Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikiləcək”


Dövlət Gömrük Komitəsi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Gürcüstanla sərhəddə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikəcək.

Aktual.az  apa-ya istinadən bildirir ki,bunu bu gün Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasında jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

O deyib ki, Aİ-nin dəstəyi ilə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində müəyyən dəyişikliklər olacaq: "Gürcüstan tərəfdə sırf Aİ-nin dəstəyi ilə müxtəlif laboratoriyalar tikilərək fəaliyyət göstərəcək. Azərbaycan tərəfdə görüləcək işlər böyük olduğu üçün kifayət qədər vəsait tələb olunur. Bunun üçün Azərbaycan və Aİ-nin maliyyə yardımı ilə birlikdə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikiləcək. Artıq bununla bağlı müəyyən işlərin görülməsinə başlanılıb”.
 

Aktual.az

Xəbər 226 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR