"Şimali Koreya cəzalandırılmalıdır"

  • DÜNYA

ABŞ prezidenti Barak Obama ilə Cənubi Koreyanın dövlət başçısı Pak Kın Henin arasında telefon danışığı olub.

Aktual.az Report-a istinadən bildirir ki, məlumatı Cənubi Koreya prezidentinin mətbuat xidməti yayıb.

20 dəqiqə davam edən telefon danışığı zamanı prezidentlər Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsini müzakirə ediblər. Dövlət başçıları vurğulayıblar ki, BMT Təhlükəsizlik Şurasının uyğun qətnaməsini pozduğu üçün Şimali Koreya cəzalandırılmalıdır.
Məlumata görə, Barak Obama Cənubi Koreyanın təhlükəsizliyini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcəklərini vəd verib.
Şimali Koreyanın təxribatlarına beynəlxalq ictimaiyyətin uyğun cavab verməsi üçün tərəflər bir mövqedən çıxış etmək barədə razılığa gəliblər.
Prezidentlər Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqi məqsədi ilə birgə fəaliyyət göstərəcəklərini də vurğulayıblar.

Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR