Silahlı Qüvvələrdə 20 Yanvar faciəsi ilə bağlı tədbir keçiriləcək

Silahlı Qüvvələrdə 20 Yanvar faciəsi ilə bağlı  tədbir keçiriləcək

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq olunan "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrdə silsilə tədbirlərin icrası ilə əlaqədar planı təsdiq edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Qanlı Yanvar hadisələri ilə bağlı "dəyirmi masa"ların, konfrans, toplantı və xüsusi məşğələlərin təşkili, zabitlər evlərində faciəyə dair tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.

Keçirilən tədbirlərdə şəhid olanların ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.

Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR