Şeyxin deputat qudası namizəd olmayacaq – Özü danışır

Şeyxin deputat qudası namizəd olmayacaq  – Özü danışır

Parlament seçkiləri yaxınlaşdıqca bəzi parlamentarilərin seçkilərə qatılmayacağı, seçki marafonunda iştirak etməyəcəyi ilə bağlı informasiyalar yayılır.

Aktual.az-a daxil olan məlumata görə, 27 saylı II Sabunçu seçki dairəsindən Milli Məclisin deputatı, bütün Qafqazın şeyxi Hacı Alahşükür Paşazadənin qudası Qalib Salahzadə də seçkilərdə iştirak etməyəcək.

Aktual.az məsələyə Qalib Salahzadənin özündən münasibət öyrənib.

Portalımıza açıqlamasında Hacı Qalib bildirib ki, seçkilərdə iştirakla bağlı qərarı özündən asılı deyil:

“Mən ötən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq seçkilərdə qalib gəlmişəm. Bu seçkilərdə isə hələki YAP namizədlər siyahısını açıqlamayıb. Əgər YAP siyahı açıqlayandan sonra mənim adım orda olsa, seçkilərdə iştirak edəcəm. Yox əgər, adım siyahıda olmasa, seçkilərə qatılmayacam. Bir sözlə, yekun sözü partiya deyəcək. Mənə yaraşmaz ki, partiyanın iradəsindən kənara çıxım”.

Adnan/Aktual.az

Xəbər 4275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR