​Səudiyyə Ərəbistanı nefti Avropa bazarı üçün ucuzlaşdırıb

​Səudiyyə Ərəbistanı nefti Avropa bazarı üçün ucuzlaşdırıb
  • DÜNYA

Səudiyyə Ərəbistanı avropalı müştəriləri üçün neftin satış qiymətində endirim edib.

Ölkə bu qərarı rəsmi Tehranla münasibətlərin gərginləşdiyini əsas gətirərək, İranın Avropa bazarına çıxışını əngəlləmək üçün qəbul etdiyini bildirib.

Aktual.az-ın Report-a istinadən verdiyi xəbərə görə, S.Ərəbistanının "Aramco" dövlət neft şirkəti Şimal-Qərbi Avropadakı müştəriləri ilə fevral kontraktları üçün endirimi 0,60 dollar/barel, Aralıq dənizi regionu üçün isə 0,20 dollar/barel artırıb. Bununla yanaşı, Asiya müştəriləri üçün qiymət 0,60 dollar/barel artırılıb, ABŞ bazarında isə dəyişməyib.

Qeyd edək ki, 2012-ci ildə İrana qarşı embarqo tətbiq edilənə qədər İtaliya neft ehtiyacının 13%-ni, İspaniya isə 16%-ni İrandan alıb. Embarqodan sonra isə bu boşluğu S.Ərəbistanı doldurub. Bu səbəbdən S.Ərəbistanı bu iki ölkələrdəki bazar payını qorumağa çalışır.

Xəbər 238 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR