“Sənə görə biabır olmuşam” deyib öldürdü – Dəhşətli cinayətin təfərrüatı

“Sənə görə biabır olmuşam” deyib öldürdü – Dəhşətli  cinayətin təfərrüatı

Bakının Xəzər rayonunun Zirə qəsəbəsində törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
 
Lent.az xəbər verir ki, qəsəbədə yaşayan 21 yaşlı Elməddin Əliyev xeyli müddət imiş, atası İbrahim Əliyevi öldürməklə bağlı plan cızırmış. Bildirilir ki, atasının keçirdiyi həyat tərzindən narahat olan və buna görə utanan gənc oğlan dəfələrlə onunla mübahisə etsə də, xeyri olmayıb.
Bir müddət əvvəl isə İbrahim Əliyev evi tərk edərək qardaşına məxsus mənzildə yaşamağa başlayıb. Qəsəbədə biabır olduğunu, atasına görə xoşagəlməz sözlər eşitdiyini deyən Elməddin bir neçə gün əvvəl tanışları, əvvəllər həbsxana həyatı yaşamış Vəlican Dadaşov və Nəcməddin İsmayılovla məsləhətləşib. Həmin şəxslər Elməddinin niyyətinə haqq qazandırıb və ona kömək edəcəklərinə söz veriblər.
Fevralın 1-nə keçən gecə onlar Zirə qəsəbəsinin bağlar sahəsindəki evə gələrək balta ilə İbrahim Əliyevə xəsarət yetiriblər. Daha sonra İ.Əliyevi bıçaqlayaraq onun ölümünə əmin olan dostlar izi itirmək üçün evə od vurublar.
Qeyd edək ki, qətli planlaşdıran 21 yaşlı Elməddin Əliyev fəhləliklə məşğul olurmuş.
 
Aktual.az
Xəbər 510 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR