Seçki bülletenlərinin DSK-lara təqdim edilməsi sabah başa çatır

Seçki bülletenlərinin DSK-lara təqdim edilməsi sabah başa çatır

Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına təqdim edilməsi oktyabrın 27-də başa çatır.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, seçkilərlə əlaqədar Təqvim Planına əsasən, seçki bülletenlərinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi oktyabrın 29-da başa çatacaq.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən seçki bülletenlərini aldıqdan sonra səsvermə gününə azı 5 gün qalmış müvafiq dairə seçki komissiyasının sədrinin və katiblərinin iştirakı ilə bülletenlərin sayını, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib, seçki bülletenlərini dairə seçki komissiyasının sədrinə verir. Hər bir məntəqə seçki komissiyasına verilən seçki bülletenlərinin sayı dairə seçki komissiyasının qərarı ilə müəyyənləşdirilir. Dairə seçki komissiyası səsvermə gününə azı 3 gün qalmış seçki bülletenlərini göstərilən qaydada məntəqə seçki komissiyalarına verir.

Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR