Saxta sürücülük vəsiqəsi aşkar edildi

Saxta sürücülük vəsiqəsi aşkar edildi

Baş Dövlət Yol Polis İdarəsinin Şəki Rayon Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində sürücülük vəsiqəsi dəyişdirilərkən onun saxta olması müəyyən olunub.

Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Balakən rayon sakini Nürəddin Abdurahmanov 2015-ci ilin dekabrında Rusiya Federasiyasının Rostov şəhərindən aldığı sürücülük vəsiqəsinin istifadə müddətinin bitməsi ilə əlaqədar Baş Dövlət Yol Polis İdarəsinin Şəki Rayon Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində dəyişdirərkən həmin sənədin saxta olması müəyyən edilib.

Perm Vilayətindən alınan sorğu ilə fakt təsdiqini tapıb.

BDYPİ-də araşdırma aparılır.

Xəbər 620 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR