Şaxta olacaq, yollar buz bağlayacaq

Şaxta olacaq, yollar buz bağlayacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Aktual.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 6-11° şaxta, yüksək dağlıq ərazilərdə 13-17° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
Xəbər 170 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR