Şanslarımı artıran rəqiblərimin sayının azalması yox, mənə inanan seçicilərimin sayının artmasıdır

Şanslarımı artıran rəqiblərimin sayının azalması yox, mənə inanan seçicilərimin sayının artmasıdır

Mən öz şanslarımı və potensialımı yüksək qiymətləndirirəm, amma rəqiblərimi də, türklər demiş, “hafifə almaq” olmaz.

Bu sözləri tanınmış jurnalist, deputatlığa namizəd İlhamiyyə Rzayeva parlament seçkilərində ona rəqib olan YAP-ın namizədi, 17 saylı Yasamal üçüncü Seçki Dairəsinin favoriti Lalə Əhmədovanın namizədliyini geri götürməsi ilə bağlı Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, rəqiblərin birinin azalması bütün hallarda marafona qoşulmuş namizədlərin lehinədir:

“Amma bütövlükdə mübarizə davam edir. Daha 5 rəqib var. Mən öz şanslarımı və potensialımı yüksək qiymətləndirirəm, amma rəqiblərimi də, türklər demiş, “hafifə almaq” olmaz. Bu, asan yol deyil. Bunun bütün məsuliyyətini dərk edirəm və komandamla birgə daha böyük əzmlə mübarizəni davam etdirirəm. İnşallah, qələbə bizimlədir.

Bilirsiniz, mənim şanslarımı artıran rəqiblərimin sayının azalması yox, mənə rəğbət bəsləyən, inanan seçicilərimin sayının artmasıdır. Çünki hər gün insanlarla görüşür və dəstək olanların sayını artırmağa çalışıram. Onları inandırmaq üçün çox güc sərf etmirəm, çünki onlar artıq məni tanıyır və inanır.
Elə adamlar var ki, mənə “heç vaxt seçkidə iştirak etməmişəm, amma sizə görə gəlib səs verəcəm” deyir. Bu isə məni çox fərəhləndirir”.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası 17 saylı Yasamal üçüncü Seçki Dairəsindən irəli sürdüyü namizədini geri çəkib. YAP-ın 17 saylı Seçki Dairəsindən olan namizədi Lalə Əhmədovanın adı artıq Mərkəzi Seçki Komissiyasının siyahısında yoxdur.

Lalə Əhmədova həmin dairənin favoriti hesab edilirdi.

Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR