Samiraldonun qızını gözünün qabağında apardılar - BAKIDA

Samiraldonun qızını gözünün qabağında apardılar  - BAKIDA

Məşhur stilist Samiraldonun başına iş gəlib.

Aktual.az publika.az-a istinadən bildirir ki, o, açıqlamasında avtomobilinin qanunsuz olaraq cərimə meydançasına aparıldığını bildirib:

"Dünən iş yerimin qarşısından avtomobilimi apardılar. Çalışdığım salonun qarşısında saxlayıb ayağımı yenicə salona qoymuşdum ki, polislər maşının başının üstünü aldılar. Maşınıma "qızım" deyirəm. Yanlarına getdim. Nə qədər desəm də, mənə qulaq asan olmadı. Gözümün qabağında "qızım"ı cərimə meydançasına apardılar. Orada məndən başqa, onlarla adam avtomobil saxlayıb. Gözlərinə elə mənim maşınım girdi. Ən pisi də odur ki, onların arxasınca cərimə meydançasına getsəm də, yanımda pulum olmadı ki, "qızım"ı çıxardım".

Sonradan maşınını geri aldığını deyən stilist hadisədən çox əsəbləşdiyini də vurğulayıb.

// Aktual.az

Xəbər 14224 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR