Məktəb yanıb Azərbaycanda dəhşət

Məktəb yanıb   Azərbaycanda dəhşət

Balakəndə orta məktəbdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın martın 31-dən aprel ayının 1-ə keçən gecə rayonun Şərif kəndində, Təhsil Nazirliyinə məxsus, ümumi sahəsi 840 kv/m olan birmərtəbəli orta məktəb binasında baş verib.

Hadisə yerinə FHN-nin Balakən rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində məktəb binasının yanar konstruksiyaları 125 kv/m (1 sinif otağının, müəllimlər otağının, dəhlizin yanar konstruksiyaları və əşyaları 110 kv/m və 1 sinif otağının tavanı 15 kv/m) sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Balakən rayon DYMH-də araşdırma aparılır.

Xəbər 1288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR