Salamzadə küçəsi genişləndirilib

Salamzadə küçəsi genişləndirilib

Bakının Yasamal rayonunda, Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb. 

Bu barədə Aktual.az-a "Azəravtoyol” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, genişləndirilən yol hissəsinin uzunluğu 400 metrdir. Küçənin "Qələbə dairəsi”nə doğru olan hissəsində əsas yolla köməkçi yolu ayıran ayrıcı zolaq ləğv edilib. Nəticədə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub, həmçinin əlavə daha 1 hərəkət zolağı yaranıb.
Genişləndirmə işləri aparılan hissəyə 2 qat olmaqla, yeni asfalt-beton örtüyü döşənib və yola üfüqi nişanlanma xətləri çəkilib.
 
Aktual.az
Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR