“Sağlam Ailə” Qızlar Seminariyasının qonağı oldu

“Sağlam Ailə” Qızlar Seminariyasının qonağı oldu

"Qızlar Seminariyası"-nın növbəti   görüşü "Sağlam Ailə" Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Rüstəmli və mama - ginekoloq Əfsanə Hüseynquluyeva ilə "Gənclərin reproduktiv sağlamlığının qorunması" mövzusunda oldu. 

Binəqədi Rayon Gənclər Evində  keçirilən görüş zamanı qonaqlar layihə iştirakçılarına sağlam həyat tərzinin aşılanması, ölkəmizdə reproduktiv sağlamlığın vəziyyəti, ana və uşaqların sağlamlığının qorunması, onlar arasında xəstələnmə və ölüm hallarının aşağı salınması, nikah öncəsi tibbi müayinələrin genişləndirilməsi, infeksion xəstəliklərin qarşısının alınması, genetik xəstəliklərin yaranma səbəbləri haqqında ətraflı məlumat verib, sualları cavablandırdılar. Seminarda həmçinin sözü gedən xəstəliklərin qarşısının alınması üçün tibb mərkəzində yaradılan şərait barədə də məlumatlar iştirakçıların diqqətinə çatdırıldı.

Qeyd edək ki, proqramın ikinci mərhələsində gənc xanımlara Sağlam Ailə Tibb Mərkəzi tərəfindən ödənişsiz müayinə xidməti təşkil olunacaqdır.
   

Aktual.az
Xəbər 142 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR