Sabirabadda külli miqdarda narkotik maddə aşkarlandı

Sabirabadda külli miqdarda narkotik maddə aşkarlandı

Sabirabad rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs tutulub. 

Aktual.az  report-a istinadən bildirir ki, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı "Xaş-xaş 2016" kompleks tədbirlər planına uyğun əməliyyat həyata keçirib.
Əməliyyat zamanı rayonun Əsgərbəyli kənd sakini  Rüstəm Qardaşəli oğlu Qarayevin evinə baxış keçirilən zaman oradan  53 ədəd kibrit qutusunda çəkisi 360 qram olan narkotik vasitə və açıq şəkildə qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır. 
Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR