Sabiq sahə müvəkkilinə qarşı 102 min manatlıq mülki iddia qaldırıldı

Sabiq sahə müvəkkilinə qarşı 102 min manatlıq mülki iddia qaldırıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vasif Orucovun cinayət işi üzrə məhkəmə iclasının hazırlıq iclası davam etdirilib.

"Report”un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlər qaldırıb.
O, cinayət işinin icraatına xitam verilməsini, müvəkkilinin barəsində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbirinin ləğv edilməsini istəyib.
Daha sonra zərərçəkmişin vəkili Zaur İbadov 102 min manatlıq mülki iddia qaldırıb. Həmçinin müdafiəçi vəsatət qaldıraraq təqsirləndirilən V.Orucovun barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbirinin ləğv edilib həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.
Məhkəmə hər iki vəkilin vəsatətini təmin etməyib, zərərçəkmişin nümayəndəsinin isə mülki iddiasını icraata götürüb.
Məhkəmənin baxış iclası 2019-cu il yanvarın 8-nə təyin edilib.
Qeyd edək ki, V.Orucov Bakı şəhər sakini Nera Larsinaya qarşı dələduzluq edib. İttiham aktına əsasən, o, sahə müvəkkili vəzifəsində çalışan zaman yaşlı qadının 80 min manat dəyərində olan evini dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra N.Larsinanın hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan V.Orucovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
 
Aktual.az
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR