Sabahın havası: yağış, duman...

Sabahın havası: yağış, duman...

Sentyabrın 22-də Bakı və Abşeron yarımadasında havaəsasən yağmursuz keçəcək.
 
Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.
ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə  18-22° isti, gündüz  29-34° isti, Bakıda gecə  20-22°, gündüz  31-33° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi 759  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  35-40 % olacaq. 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə  15-20°, gündüz  30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.
 
Aktual.az
Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR