Sabah “Xətai” metro stansiyasının bir hissəsi bağlanacaq

Sabah “Xətai” metro stansiyasının bir hissəsi bağlanacaq

Dekabrın 23-dən etibarən "Xətai” metro stansiyasının uzun müddət bağlı olan tuneli sərnişinlərin istifadəsinə veriləcək.

Bu barədə Aktual.az-a  Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
N.Paşayevin sözlərinə görə, sabahdan etibarən adıçəkilən stansiyanın digər tuneli təmirə bağlanacaq: "Uzun müddətdir "Xətai” metrosunun bir hissəsi təmirə dayanmışdı. İndi orada əsaslı təmir işləri aparılıb və sabahdan etibarən sərnişinlər həmin tuneldən istifadə edəcəklər. Stansiyanın digər hissəsi isə təmirə bağlanacaq”.
 
 
Aktual.az
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR