Sabah Bakıda 38 dərəcə isti olacaq

Sabah Bakıda 38 dərəcə isti olacaq

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən xəbərə görə, zəif şimal küləyi gündüz  cənub-şərq küləyi  ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə  23-26° isti, gündüz  34-38° isti, Bakıda gecə  24-26° isti, gündüz  36-38° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  40-45 % olacaq.  
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
 
Sabah Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə  20-25°, gündüz  35-40° isti, dağlarda gecə 15-20°, gündüz  28-33° isti olacağı gözlənilir.
 
Aktual.az
Xəbər 179 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR