Saakaşvilinin xanımı Bakıya gəldi - FOTOLAR

Saakaşvilinin xanımı Bakıya gəldi - FOTOLAR

Bu gün Bakıda 2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olmuş xanım Sandra Elizabet Rulofsun Milli Fikir Mərkəzi tərəfindən Azərbaycan dilinə tərcümə etdiyi "Bir idealistin hekayəsi” kitabının təqdimatı olub.


Modern.az xəbər verir ki, kitabda xanım Sandra Elizabet Rulofs öz həyatı, 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Mixail Saakaşvili ilə tanışlığı, evliliyi və ailə həyatından bəhs edir. 
Xanım Rulofs özünəməxsus bədii üslubla təhsil aldıqları dövrdən hakimiyyətə gəldikləri zamana qədər ailə və çalışmaları barəsində də geniş məlumat verir. Eyni zamanda simvolik imza mərasimi də keçiriləcək. 
Xatırladaq ki, Sandra Rulofsun "Bir idealistin hekayəsi” kitabı indiyə qədər 7 dilə tərcümə olunaraq Hollandiya, Gürcüstan, Ukrayna, Rusiya, Türkiyə, İngiltərə və Polşada nəşr edilib.

Qeyd edək ki, bugünkü təqdimat mərasimində Bakıya gələn Sandra Rulofsun özü də iştirak edib.


Mərasimdə çıxış edən Sandra Rulofs deyib:
"Dekabrda səfərimi təxirə salmalı oldum. Çünki o zaaman ilk dəfə həyat yoldaşım Mixail Saakaşvilini həbs etməyə cəhd olundu. Ondan bir neçə gün sonra Mixail Ukraynada həbs olundu. Həbsdən azad edildikdən sonra isə Holandiyaya deportasiya olundu. İndi düşünürəm ki, o, Hollandiyada təhlükəsizlikdədir. Mən isə söz verdiyim kimi, Aazərbaycana səfər edə və kitabı təqdim edə bildim”.

Sandra Elizabet Rulofs kitabda öz həyatı, 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Mixail Saakaşvili ilə tanışlığı, evliliyi və ailə həyatından bəhs etdiyini deyib. Xanım Rulofs özünəməxsus bədii üslubla təhsil aldıqları dövrdən hakimiyyətə gəldikləri zamana qədər ailə və çalışmaları barəsində də geniş məlumat verir. O çıxışında Azərbaycan prezidentinin ailəsi ilə də çox yaxın olduqlarını bildirib:


"Azərbaycan rəhbərliyi enerji böhranında və Rusiya tərəfdən işğal zamanı bizi müdafiə edib. Gürcüstan və Azərbaycan qardaş ölkələrdir. Baxmayaraq ki dinlər fərqlidir. Hər iki ölkə prezidentinin ortaq cəhətləri var. Onlar ölkələrinin inkişafı üçün çalışır, qarşılıqlı səfərlər zamanı bir-birinin fikirlərindən yararlanıblar. 
İlham Əliyev fəaliyyətini Azərbaycanda davam etdirir, Mixail Saakaşvili isə fəaliyyətini bu gün Ukraynada həyata keçirmək niyyətindədir. Onun apardığı siyasət Gürcüstanda uğurlu olduğu üçün Ukraynaya dəvət edilmişdi. Yaxın gələcəkdə biz onun Ukraynaya keçib-keçə bilməyəcəyinin şahidi olacağıq". 






Xəbər 722 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR