Saakaşvili "qanuni oğru"nu belə "təbrik etdi"

Saakaşvili

Ukraynanın Odessa şəhərində "Poltava" ləqəbli "qanuni oğru" yaxalanıb.

Aktual.az axar.az-a istinadən bildirir ki, kriminal avtoritetə qarşı əməliyyatın görüntülərini Odessa qubernatoru Mixail Saakaşvili öz Feysbuk səhifəsində yayıb. Saakaşvili "qanuni oğru"lara qarşı bundan sonra da təqibi davam etdirəcəyini bildirib:
 
"Odessa xüsusi təyinatlıları "Poltava" ləqəbli "qanuni oğru"nu gürcü restoranında öz ad gününü qeyd edən zaman "təbrik ediblər". "Qanuni oğru"lar bilməlidirlər ki, Odessaya onların girişi qadağan edilib. Əgər Rada "qanuni oğru"lara avtomatik həbs cəzasının verilməsi haqqında qanunu ləğv etməsəydi, o zaman ictimaiyyət özünü daha yaxşı müdafiə olunmuş hiss edərdi".
 
Qeyd edək ki, "Poltava"nın əsl adı Vladimir Dribnıydır. O, 1975-ci ildə taclandırılıb. 78 yaşı var.
 
Saakaşvili bir neçə il öncə Gürcüstanda "qanuni oğru"lara qarşı böyük kampaniya aparıb. Nəticədə ölkədən çoxlu sayda kriminal avtoritet çıxarılıb.

Xəbər 755 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR