Rusiyada koronavirusa yoluxanların sayı 155 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 155 mini ötdü

Rusiyada son bir gündə 10 102 nəfərə koronavirus diaqnozu qoyulub.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 155 370 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 95 nəfər artaraq 1 451-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 19 865 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 5 714.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 647 000-i ötüb. Bunların 1 200 680 nəfəri sağalıb, 252 444 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR