Rusiyada koronavirusa yoluxanların sayı 114 431-ə çatıb, 1 169 nəfər ölüb

Rusiyada koronavirusa yoluxanların sayı 114 431-ə çatıb, 1 169 nəfər ölüb

Rusiyada son bir gündə 7 933 nəfərə koronavirus diaqnozu qoyulub.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 114 431 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 96nəfər artaraq 1 169-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 13 220 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 561.
Qeyd edək ki, Rusiya yoluxma halların sayına görə dünyada Türkiyədən sonra 8-ci ölkədir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 310 000-i ötüb. Bunların 1 043 245 nəfəri sağalıb, 234 143 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR