Rusiyada federal axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Rusiyada federal axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

 Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kalmıkiya Respublikası və Həştərxan vilayəti üzrə Sərhəd İdarəsinin əməkdaşları istintaqdan gizlənən Azərbaycan vətəndaşını saxlayıblar.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.
Saxlanılan şəxs keçən ilin avqustdan bəri federal axtarışda olub. Kişi bilərəkdən saxta sənəddən istifadə etməkdə şübhəli bilinir.
O, "Karauzek" keçid məntəqəsində Rusiyaya daxil olmaq üçün sənədlərə baxış zamanı saxlanılıb. Azərbaycan vətəndaşı növbəti prosessual addımlar üçün Rusiya Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsinə verilib.
 
Aktual.az
Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR