Rusiyada əskinasların dizaynının dəyişdirilməsi təklif olunur

Rusiyada əskinasların dizaynının dəyişdirilməsi təklif olunur
  • DÜNYA

 Rusiyada bütün əskinasların dizaynını yeniləmək lazımdır.


"Report” rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Banklar Assosasiyasının prezidenti Qeorqi Luntovski "XXI əsr Rusiya bankları” forumu çərçivəsində bildirib.

Xatırladaq ki, Q.Luntovski 1999-2017-ci illərdə Rusiya Bankında (Mərkəzi Bank) işləyib və pul dövriyyəsinə cavabdeh olub. Dizaynı digər banknotlardan fərqlənən 200 və 2 000 rublluq əksinasların dövriyyəyə buraxılması da məhz onun işlədiyi dövrə təsadüf edib. 

"Biz artıq fərqli dizaynlı 200 və 2 000 rublun buraxılışına başlamışıq. Hesab edirəm ki, bütün əskinaslar yenilənməlidir. Bunun üçün keçirdiyimiz müsabiqə zamanı toplanmış ideyalardan yararlanmaq olar. Dizaynın yenilənməsinə hansı əskinasdan başlamaq isə Mərkəzi Bankın qərarı olacaq. Bu məsələ hələ biz 200 və 2000 rublun buraxılışına başlayandan müzakirə olunur. Sadəcə uyğun vaxtı seçib əvvəlki əskinasların buraxılış təcrübəsi əsasında prosesi reallaşdırmaq lazımdır". 

 

Aktual.az

Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR