Rusiya və İran ticarətdə kriptovalyutaya keçə bilər - PLAN

Rusiya və İran ticarətdə kriptovalyutaya keçə bilər - PLAN

ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən İran vətəndaşları son aylarda kriptovalyuta alışına 2,5 milyard dollar xərcləyib.


Aktual.az  lent.az-a istinadən xəbər verir ki, bu barədə açıqlama İran hökumətindən verilib. Əsas səbəb kimi isə daha çox milli valyuta olan rialın dəyər itirməsi göstərilir.

Belə ki, məhdudiyyətlərdən sonra İranda 1 dollar hazırda 85 min riala satılır. Aprel ayında isə bu rəqəm 57 min 500 rial olub. Hazırda kriptovalyutalar ölkədən kapital axınının əsas mənbəyinə çevrilib.

Bu arada İran parlamenti İqtisadiyyat Komitəsinin sədri Məhəmməd Reza Porebrahimi hökumətin Rusiya da daxil olmaqla, digər ölkələrlə ticarətdə dolların təsirindən çıxmaq üçün kriptovalyutadan istifadə imkanlarını nəzərdən keçirdiyini açıqlayıb.

Komitə sədri bildirib ki, hazırda bu məsələnin texniki tərəfləri həll olunur.

Əgər bu plan reallaşarsa Rusiya və İran qarşılıqlı ödəmələrdə kriptovalyutadan istifadə edən ilk dövlətlər olacaq.

Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR