Rusiya Suriya sahillərində hərbi əməliyyatlara başlayıb

Rusiya Suriya sahillərində hərbi əməliyyatlara başlayıb
  • DÜNYA

Rusiya Aralıq dənizinin Suriya sahillərində hərbi əməliyyatlara başlayıb.

"Report” "Hürriyet”ə istinadən xəbər verir ki, bir həftə ərzində hava məkanı və dəniz nəqliyyatı xətti bağlı olacaq.
Qeyd edək ki, sentyabrın 17-dən 18-nə keçən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Suriyanın Hərbi Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib.
Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu israilli həmkarı Aviqdor Libermanla telefon danışığı zamanı bu hadisəni cavabsız qoymayacaqlarını və uyğun addım atacaqlarını bildirib. 
 
Aktual.az
Xəbər 183 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR