“Rusiya qırıcılarını vurun” - Trampdan təklif

“Rusiya qırıcılarını vurun”   - Trampdan təklif

ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya qırıcı təyyarələriylə bağlı sensasion açıqlama verib. 

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Tramp ABŞ təyyarələrinə yaxınlaşan Rusiya qırıcılarının məhv edilməli olduğunu bildirib. O hesab edir ki, Rusiya təyyarələri ilə bağlı yaşanan hadisələr ABŞ-a və şəxsən prezident Barak Obamaya qarşı hörmətin olmadığını göstərir. 

Tramp bildirib ki, Obama baş verənləri rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etməlidir. Milyarderin sözlərinə görə, əgər danışıqlardan sonra vəziyyət düzəlməsə, ABŞ hərbçiləri Rusiya təyyarələrinə atəş açmağa başlamalıdır.

Qeyd edək ki, ABŞ prezidentliyinə namizədin bu açıqlaması Rusiya qırıcı təyyarəsinin ABŞ təyyarəsinin yaxınlığında həyata keçirdiyi təhlükəli manevrlə bağlıdır. Belə ki, aprelin 29-da Baltik dənizi üzərində Rusiyanın Su-27 qırıcısı ABŞ-ın RC-135 hərbi təyyarəsinə 30 metr məsafəyə qədər yaxınlaşıb və daha sonra təhlükəli manevr həyata keçirib.

Xəbər 619 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR