Rusiya neft hasilatını artırır

Rusiya neft hasilatını artırır

"Rusiyada bu ay ərzində gündəlik neft hasilatı OPEC+ razılaşması çərçivəsində hasilatın azalmasının hesablandığı 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 150 min barel artıb".

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
Onun sözlərinə görə, bu ilin may ayına nisbətən gündəlik neft hasilatının artımı 450 min barelə çatdırıla bilər: "Bu ilin sonunadək Rusiya gündəlik hasilatı 1,2 milyon barelə çatdırmaq niyyətində deyil. Belə ki, bu, ölkənin sosial iqtisadi inkişaf planına uyğun deyil".
 
Aktual.az
Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR