Rusiya koronavirusa qarşı mübarizədə İrana kömək edəcək

Rusiya koronavirusa qarşı mübarizədə İrana kömək edəcək

Moskva koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə Tehrana kömək edəcək.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə telefon danışığında bildirib.
"Rusiya tərəfi İranda COVID-19 koronavirusunun yayılması nəticəsində insanların ölməsinə görə qarşı tərəfə başsağlığı verib və virusun daha da yayılmasına qarşı mübarizidə kömək etməyə hazır olduğunu təsdiqləyib”, - Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Fevralın 19-dan bu yana İranda 2,3 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb, 77 nəfər ölüb, 435 nəfər sağalıb.
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR