"Rusiya ilə diplomatik münasibətlər bərpa edilə bilməz" - Kobaxidze

  • DÜNYA

"Rusiya tərəfindən Gürcüstan ərazilərinin "müstəqillik”lərinin tanınması faktı olduğu müddətcə diplomatik münasibətlər bərpa edilə bilməz”.

Aktual.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstanın məqsədi Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır.

"Ümid edirik ki, bu, siyasi dəyişikliklər nəticəsində mümkün olacaq. Münaqişənin sülh yolu ilə həlli xarici siyasət prioritetlərimizdən biridir", - Kobaxidze əlavə edib.

Qeyd edək ki, 2008-ci ilin avqust müharibəsi nəticəsində Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin "müstəqillik”lərini tanımasından sonra Tbilisi Moskva ilə 1992-ci ildə əsası qoyulmuş diplomatik münasibətləri həmin ilin sentyabrın 2-də dayandırıb.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyi Gürcüstanla diplomatik münasibətləri bərpa etməyə hazırlığını dəfələrlə bəyan edib.
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR