Rusiya hücuma keçdi: "Bütün hədəflər məhv ediləcək"

Rusiya hücuma keçdi:
  • DÜNYA

Rusiya Suriyadakı hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək üçün `S-300` analoqu olan HHM sistemi ilə təchiz olunmuş “Moskva” kreyserini Türkiyənin 60 kilometrliyində yerləşən Latakya sahillərinə göndərib.

Aktual.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə Rusiya ordusunun Baş Qərargah İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy bəyan edib.

O bildirib ki, Rusiya potensial təhdid hesab olunan bütün hədəfləri məhv edəcək: “Bundan sonra zərbə aviasiyasının bütün hərəkətləri qırıcı təyyarələrin mühafizəsi ilə həyata keçiriləcək”.

S.Rudskoy bəyan edib ki, Rusiya Türkiyə ilə hərbi əməkdaşlığın bütün sahələri ilə əlaqələri kəsib.

Xəbər 565 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR