Rusiya-Gürcüstan sərhədində 120-yə yaxın yük maşını dayanıb

Rusiya-Gürcüstan sərhədində 120-yə yaxın yük maşını dayanıb
  • DÜNYA

Hava şəraitinin kəskin dəyişməsi, güclü qar yağması, qar uçqunu və yolların buz bağlaması səbəbindən Gürcüstan-Rusiya sərhəd keçid məntəqəsində və əsas magistralda 120-yə yaxın yük maşını dayanıb.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, avtomobillərin əsasən hansı ölkələrə məxsus olması barədə məlumat verilməsə də, əksəriyyətinin Ermənistana ərzaq daşıyan avtomobillər olduğu söylənilir.
Bildirilir ki, yolda problem təkcə Gürcüstan tərəfində deyil, Rusiya tərəfində də mövcuddur.
Rusiyanın və Gürcüstanın müvafiq strukturları avtomobildə qalan və ehtiyacı olan sürücülərə müvafiq yardımlar göstərirlər.
 
Aktual.az
Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR